Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir R.Hafizoğlu/
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş Katibi Ekmələddin İhsanoğlu Suriyada zorakılğın dayandırılması üçün BMT-nin Təhlükəsizlik Şurasını lazımı tədbirlər görməyə çağırıb. Bu haqda Trend - ə İƏT- dən daxil olan məlumatda deyilir.
İƏT Baş Katibi Suriyanın müxtəlif şəhərlərində və o cümlədən üç gün əvvəl Həma şəhərində uşaq və qadınların kütləvi qətlini pisləyib.
İyunun altısında Suriyanın Hama şəhərində dinc sakinlərə qarşı kütləvi hücum törədilib. Nəticədə 100 nəfər, o cümlədən 40 qadın və uşaq həlak olub. Bu, artıq son vaxtlar Suriyada dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı ikinci məlumatdır. İki həftə əvvəl oxşar hadisə Hums vilayətinin Hula qəsəbəsində baş vermişdi. Beynəlxalq müşahidəçilərin məlumatına görə, həmin qırğının qurbanlarının sayı qadınlar və uşaqlar da daxil olmaqla 100 nəfərdən çox olub.