...

Ştefan Füle: Aİ-nin prioriteti "Şərq Tərəfdaşlığı" ölkələri ilə assosiasiyalar haqqında sazişlər üzrə danışıqları maksimum sürətləndirməkdir

Siyasət Materials 22 İyun 2012 15:02 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) qonşuları, o cümlədən "Şərq Tərəfdaşlığı" ölkələri ilə münasibətləri dönüş mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Avropa Qonşuluğunun İnformasiya Mərkəzinə müsahibəsində bildirib.
Ştefan Füle: Aİ-nin prioriteti "Şərq Tərəfdaşlığı" ölkələri ilə assosiasiyalar haqqında sazişlər üzrə danışıqları maksimum sürətləndirməkdir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Avropa İttifaqının (Aİ) qonşuları, o cümlədən "Şərq Tərəfdaşlığı" ölkələri ilə münasibətləri dönüş mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Avropa Qonşuluğunun İnformasiya Mərkəzinə müsahibəsində bildirib.

"Şərq tərəfdaşlarımızla münasibətlərimizin əsas prioriteti Varşavada (2011-ci il, 29-30 sentyabr) "Şərq Tərəfdaşlığı" sammitində qəbul edilən irimiqyaslı proqramın səmərəli həyata keçirilməsidir. Biz tərəfdaşlarımıza sıx siyasi assosiasiya və dərin iqtisadi inteqrasiya təklif etdik", - Füle deyib.

Onun sözlərinə görə, Aİ-nin əsas aləti "Şərq Tərəfdaşlığı" proqramının reallaşdırılmasıdır. Bu, assosiasiyalar haqqında sazişdir, proqramlar, həmçinin müvafiq regionlarda dərin və hərtərəfli azad ticarət zonalarının yaradılmasıdır.

"Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan ilə assosiasiyalar haqqında saziş üzrə danışıqlar hələ aparılır və prioritetimiz onların maksimum tez inkişafıdır. Burada məqsəd "Şərq Tərəfdaşlığı"nın 2013-cü ilin payızında keçiriləcək qarşıdakı sammitinədək onların başa çatmasına yaxın olmağımız, hətta onları paraflamaqdır", - o deyib.

Fülenin sözlərinə görə, həmçinin Aİ-nin son məqsədi vizasız rejimin yaradılması olan mobillik sahəsində geniş fəaliyyət planı var.

"Biz vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı dərinləşdirmək, vətəndaş cəmiyyəti təşkilatları üçün maliyyə yardımını artırmaq və "Şərq Tərəfdaşlığı" ölkələrində gənclər sahəsinə böyük investisiyalar yatırmaq niyyətindətik", - o vurğulayıb.

Komissarın sözlərinə görə, Aİ ölkələri Cənubda hərtərəfli və azad ticarətin geniş zonalarının yaradılması üzrə danışıqların açılmasına aparan prosesi sürətləndirmək məqsədilə mümkün olan hər şeyi etməlidirlər.

"Həmçinin, yaxın bir neçə il ərzində konkret nəticələrə nail olmaq üçün sahələr üzrə əməkdaşlıq gücləndirilməlidir. Biz tədricən tərəfdaşlarımıza Aİ-nin proqram və təşkilatlarına çıxışı açmalıyıq. Yenidən nəzərdən keçirilən Avropa Qonşuluq Siyasəti bununla əlaqədar son məqsədi - irimiqyaslı, nəticə qismində görmək istədiyimiz konkret ideyaya əsaslanan məqsədi müəyyənləşdirir", - Füle deyib.

"Aİ tez və qətiyyətlə siyasətin yeni əsaslarını yaratdı və indi biz bütün tərəfdaşlarımızla əlaqələrin inkişafına daha yaxşı hazırlaşmışıq. Bu, onların öz istəkləri, tələbatları və imkanlarından asılıdır", - o qeyd edib.

Fülenin sözlərinə görə, 2011-ci ilin mayında cəmiyyətlə qarşlıqlı məsuliyyət və münasibətlərin möhkəmləndirilməsinə əsaslanan yeni Avropa Qonşuluq Siyasəti qəbul edildikdən sonra Aİ tez və qətiyyətlə siyasətin yeni əsaslarını yaratdı.

Füle bildirib ki, bir neçə il davam edən nisbi durğunluqdan sonra regionda demokratiya getdikcə daha çox kök salır. O hesab edir ki, daha məsuliyyətli idarəetmə formasına can atmaq tendensiyası və insan haqları və əsas azadlıqlarına riayət etmək sahəsində yaxşılaşma müşahidə edilir.

"Hazırda Aİ və onun qonşuları öz münasibətlərini möhkəmləndirmək üçün bu təkanı qorumalıdırlar", - Füle bildirib.

Onun sözlərinə görə, qonşular Aİ-nin qismində öhdəliklərini həmişə yerinə yetirən etibarlı tərəfdaş görürlər.

Xəbər lenti

Xəbər lenti