...

Azərbaycan və Latviya MSK-ları təcrübə mübadiləsi aparacaqlar

Siyasət Materials 22 İyun 2012 16:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası və Latviya Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birgə aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı layihə həyata keçirir.
Azərbaycan və Latviya MSK-ları təcrübə mübadiləsi aparacaqlar

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası və Latviya Mərkəzi Seçki Komissiyası ATƏT-in Bakı ofisi ilə birgə aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı layihə həyata keçirir.

MSK-dan cümə günü Trend-ə verilən məlumata görə, layihənin hazırkı mərhələsində Azərbaycan və Latviyanın aşağı seçki komissiyaları üzvlərinin təcrübə mübadiləsi nəzərdə tutulur.

Layihə çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin əməkdaşları və dairə seçki komissiyalarının sədrlərindən ibarət nümayəndə heyəti Latviyaya ezam olunacaq.

İyunun 25-29-da Riqaya gerçəkləşdiriləcək səfər zamanı Latviya Mərkəzi Seçki Komissiyası ilə bərabər, Riqa şəhərində yerləşən yerli seçki komissiyaları, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı və Regional Administrativ Məhkəmədə görüşlər keçiriləcək.

Latviyanın seçki komissiyalarını təmsil edən seçki rəsmilərindən ibarət nümayəndə heyətinin də təcrübə mübadiləsi üçün ölkəmizə səfər etməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti