...

Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 5 İyul 2012 10:51 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub
Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi. Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti