...

Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 16 İyul 2012 12:21 (UTC +04:00)
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə ümumilikdə, 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır.

Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan Şəhər bir nömrəli lisey-məktəbin müəlliməsi Aynurə Rzayeva, Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Xəbər lenti

Xəbər lenti