...

Gürcüstanda parlament seçkilərinin vaxtı məlum olub

Siyasət Materials 1 Avqust 2012 16:45 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili parlament seçkilərini 2012-ci il oktyabrın 1-nə təyin edib.
Gürcüstanda parlament seçkilərinin vaxtı məlum olub

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili parlament seçkilərini 2012-ci il oktyabrın 1-nə təyin edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.

Seçki gününün təsadüf etdiyi bazar ertəsi qeyri-iş günü elan ediləcək. Seçkilərə iki ay qalır.

Prezident Saakaşvili əmin olduğunu bildirib ki, qarşıdakı seçkilər Gürcüstanda demokratiyanın və dövlətçiliyin güclənməsinin nümayişi olacaq. O, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

"Gürcüstan seçkiqabağı vəziyyətin yaxşılaşdırılması üçün çox şey edib. Bu məqsədlə bir çox beynəlxalq təşkilatlardan çoxsaylı müşahidəçilər cəlb edilib, seçici siyahısının dəqiqləşdirilməsi üzrə komissiya yaradılıb, bütün teleşirkətlərin kabel şəbəkəsində yayımını təmin edən "mast-Kerr" sistemi qurulub, seçkiqabağı dövrdə partiyaların davranış normaları işlənib hazırlanıb", - Prezidentin mətbuat katibi qeyd edib.

Xəbər lenti

Xəbər lenti