...

İlham Əliyev Qax rayonunda orta məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur (FOTO)

Siyasət Materials 9 Sentyabr 2012 16:04 (UTC +04:00)
Qax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 200 yerlik Güllük kənd ümumi orta məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
İlham Əliyev Qax rayonunda orta məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Qax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev 200 yerlik Güllük kənd ümumi orta məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, Qax rayonunda baş vermiş təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən 10 məktəb binası sökülmüşdür. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə podratçı təşkilatlar tərəfindən Ləkit kəndində 420, Zərnə kəndində 240, Qorağan kəndində 220, Güllük kəndində isə 300 şagird yerlik tam orta məktəblərin tikintisi davam etdirilir.

Bildirildi ki, ötən əsrin 30-cu illərindən istifadəyə verilən Güllük kənd ümumi orta məktəbində təmir-bərpa işləri 2004-cü ildə aparılmışdı. Baş verən təbii fəlakət nəticəsində bu təhsil ocağına da ziyan dəymişdir. Hazırda məktəbdə əsaslı təmir işləri başa çatdırılmışdır. Sahəsi 163 kvadratmetr olan iki əlavə korpus tikilərək istifadəyə verilmişdir.

Korpuslardan birində idman zalı, digərində isə elektron kitabxana, oxu zalı, kompyuter otağı fəaliyyət göstərəcəkdir.

Qeyd edildi ki, ikimərtəbəli məktəbdə 100-dən çox şagird təhsil alacaqdır. Təmir işləri zamanı məktəb tamamilə müasir səviyyədə yenidən qurulmuşdur. Məktəbin 14 sinif otağı tam təmir olunmuşdur. Siniflər lazımi avadanlıqla təchiz edilmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Müasir istilik sisteminin quraşdırıldığı məktəbin həyəti abadlaşdırılmış, yaşıllıq zolaqları salınmışdır.

Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Daha sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Kənd sakinləri Firudin Məmmədov və Əhməd Musayev göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti