...

İlham Əliyev və xanımı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak ediblər (FOTO)

Siyasət Materials 20 Sentyabr 2012 00:03 (UTC +04:00)
Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olub.
İlham Əliyev və xanımı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Çərşənbə günü Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olub.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak ediblər.

Dövlətimizin başçısı qəbulda çıxış edib.

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdiyi qəbulda milli mətbəximizin ləziz təamları təqdim olundu.

Tədbir konsert proqramı ilə davam etdi.

Xəbər lenti

Xəbər lenti