...

Azərbaycan-Macarıstan münasibətləri əvvəlki kimi inkişaf etməkdədir - səfir

Siyasət Materials 21 Sentyabr 2012 13:47 (UTC +04:00)
Azərbaycan-Macarıstan münasibətləri əvvəlki kimi inkişaf etməkdədir və Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) Ramil Səfərovun işi ilə bağlı Azərbaycan tərəfinə verdiyi nota iki ölkə münasibətlərinə heç cür təsir etməyib.
Azərbaycan-Macarıstan münasibətləri əvvəlki kimi inkişaf etməkdədir - səfir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Macarıstan münasibətləri əvvəlki kimi inkişaf etməkdədir və Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) Ramil Səfərovun işi ilə bağlı Azərbaycan tərəfinə verdiyi nota iki ölkə münasibətlərinə heç cür təsir etməyib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycanın diplomatik missiya rəhbərlərinin Bakıda keçirilən IV müşavirəsində deyib.

"Azərbaycan səfirliyi ASALA tərəfindən təhdidlərə baxmayaraq, fəaliyyətini adi rejimdə davam etdirir, lakin bununla belə təhkükəsizlik tədbirləri gücləndirilib", - səfir qeyd edib.

Onun sözlərinə görə, oktyabrda Budapeştdə hökumətlərarası komissiyanın keçirilməsi Macarıstan-Azərbaycan arasında yaxşı münasibətlərin olduğunu təsdiq edir.

Xəbər lenti

Xəbər lenti