...

Türkiyənin yüksək rütbəli hərbçiləri ömürlük həbs cəzasına məhkum edildilər

Siyasət Materials 21 Sentyabr 2012 21:02 (UTC +04:00)
Cümə günü İstanbul məhkəməsi Rəcəb Tayyib Ərdoğan hökumətinin devrilməsi məqsədilə 2003-cü ildə çevrilişə ("Gürz planı") hazırlıq işi üzrə hökm çıxarıb.
Türkiyənin yüksək rütbəli hərbçiləri ömürlük həbs cəzasına məhkum edildilər

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Cümə günü İstanbul məhkəməsi Rəcəb Tayyib Ərdoğan hökumətinin devrilməsi məqsədilə 2003-cü ildə çevrilişə ("Gürz planı") hazırlıq işi üzrə hökm çıxarıb. Bu barədə Trend cümə günü Rusiya KİV-ə istinadən məlumat verir.

Məhkəmə qərarına əsasən, işdə adları hallanan əsas şəxslər - birinci səhra qoşununun keçmiş komandanı, istefada olan general Çetin Doğan, Türkiyə Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı admiral Özden Örnek və Hərbi Hava Qüvvələrinin keçmiş ali baş komandanı İbrahim Fırtına ömürlük həbs cəzasına məhkum ediliblər.

Ümumilikdə təqsirləndirilənlərin sayı 365 nəfər olub, onlardan 250 nəfəri həbsxanada saxlanılıb.

Xəbər lenti

Xəbər lenti