...

Elmar Məmmədyarov Filip Qordon ilə görüşüb

Siyasət Materials 27 Sentyabr 2012 19:35 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cümə axşamı ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüş keçirib.
Elmar Məmmədyarov Filip Qordon ilə görüşüb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cümə axşamı ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Amerikalı diplomat NATO-nun Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və BMT TŞ-nin gündəliyində duran aktual məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti