...

Türkiyənin keçmiş prezidentinin cəsədinin ekshumasiyasına başlanıb

Siyasət Materials 2 Oktyabr 2012 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin keçmiş prezidenti Turqut Özalın cəsədinin ekshumasiyası başlayıb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Özalın dəfn olunduğu yerə xüsusi maşınlar, polis dəstələri və hər ehtimala qarşı bomba zərərzisləşdirən mütəxəssislər gətirilib.

Sentyabrın 17-də Türkiyə Prokurorluğu ailəsinin əleyhinə çıxmasına baxmayaraq, keçmiş prezidentin qəvrinin açılması ilə bağlı zəruri işlərə başlayıb.

Keçmiş prezidentin kiçik oğlu Əhməd Özalın sözlərinə görə, bütün ailə sabiq prezidentin qəbrinin açılmasının əleyhinədir, çünki bu, nəticə verməyəcək.

Türkiyə Prokurorluğu 1993-cü ildə vəfat etmiş ölkə prezidenti Turqut Özalın cəsədinin ekshumasiyasının aparılması üçün lazımi proseduralara başlayıb. İndiyədək Özalın ölümünün rəsmi səbəbi ürək çatışmazlığı hesab edilir. Özalın arvadı isə onun öldürüldüyünü iddia edir.

Xəbər lenti

Xəbər lenti