Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Bəzi qüvvələr Türkiyə Prezidenti ilə Baş nazir arasındakı münasibətləri pozmaq istəyirlər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Avropa işləri üzrə naziri Egemen Baxış bəyan edib.
Baxışın sözlərinə görə, ölkə Prezidenti ilə Baş nazirin Aİ məsələsi üzrə fikir ayrılıqları var və bu, normaldır.
O həmçinin əlavə edib ki, bir çox məsələlərdə Ərdoğanın fikirləri Prezident Gülün fikirləri ilə üst-üstə düşür.
"Mən artıq 11 ildir böyük siyasətdəyəm və Ərdoğanla Gül arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələrin olmasının şahidiyəm", - Baxış deyib.
Nazirin sözlərinə görə, fikir ayrılıqlarının olması siyasi plüralizmin göstəricisidir.