...

Ukraynalı siyasi icmalçı: Mövcud olan hərbi münaqişələr fonunda Bakı Humanitar Forumu dünyada müstəsna rol oynayır

Siyasət Materials 4 Oktyabr 2012 14:20 (UTC +04:00)
Müasir dünyada mövcud olan hərbi münaqişələr fonunda Bakıda keçirilən II Beynəlxalq Humanitar Forum dünyada çox böyük müstəsna rol oynayır.
Ukraynalı siyasi icmalçı: Mövcud olan hərbi münaqişələr fonunda Bakı Humanitar Forumu dünyada müstəsna rol oynayır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Müasir dünyada mövcud olan hərbi münaqişələr fonunda Bakıda keçirilən II Beynəlxalq Humanitar Forum dünyada çox böyük müstəsna rol oynayır. Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında forumda iştirak edən ukraynalı siyasi icmalçı Yuri Rakhel Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən deyib.

Onun sözlərinə görə, hərbi diplomatik qarşıdurmalar fonunda humanitar məsələlər birinci planda dayanmalıdır.

"Necə ki, bunu bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev səsləndirdi. Belə tədbirlər bu cür problemlərin həllinə öz müsbət təsirini göstərə bilər. Əgər siyasi rəhbərlər birinci növbədə humanitar məsələlərlə məşğul olarlarsa, onda dünyada daha az qan tökülər, belə münaqişələrin və qarşıdurmaların sayı az olar. Çox təəssüf ki, bugünkü dünyada bu belə deyil. Düşünürəm ki, Bakıda keçirilən forum münaqişələrin həllində öz rolunu oynayacaq və problemlərin həllinə öz təsirini göstərəcək", - Rakhel bildirib.

Xəbər lenti

Xəbər lenti