...

Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 8 Oktyabr 2012 19:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti