...

Mahmud Əhmədinejadın və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)

Siyasət Materials 16 Oktyabr 2012 18:46 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb.
Mahmud Əhmədinejadın və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidentini və Türkiyənin Baş nazirini hava limanında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti