...

Bahar Muradova: İctimai Palatanın tələblərinin yerinə yetirilməsi mümkünsüzdür

Siyasət Materials 30 Oktyabr 2012 14:49 (UTC +04:00)
İctimai Palatanın tələblərin yerinə yetirilməsi mümkünsüzdür
Bahar Muradova: İctimai Palatanın tələblərinin yerinə yetirilməsi mümkünsüzdür

Azərbaycan, Bakı, 30 oktyabr / Trend müxbir M.Əliyev/

İctimai Palatanın tələblərinin yerinə yetirilməsi mümkünsüzdür. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

İctimai Palatanın parlamentin qarşısında keçirməyi nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar.

"Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm", - vitse-spiker vurğulayıb.

O bildirib ki, etiraz aksiyası keçirmək müxalifətin hüququdur, amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti