Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/
ABŞ-ın qlobal qadın problemləri üzrə səfiri Melanne Verveer noyabrın 5-də Azərbaycana səfər edəcək.
Trend ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, səfir Azərbaycana səfəri zamanı hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlərdə əsas müzakirə mövzusu qadınların rolunun artırılması olacaq.