...

Ermənistan hərbi xərclərini artırır

Siyasət Materials 2 Noyabr 2012 18:01 (UTC +04:00)
Ermənistan 2013-cü il üçün dövlət büdcəsində hərbi xərclərini 451 milyon dollar (182778 milyon dram) səviyyəsində planlaşdırır. Bu rəqəm 2012-ci ilin xərcləri ilə müqayisədə 105 milyon dollar çoxdur.
Ermənistan hərbi xərclərini artırır

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Ermənistan 2013-cü il üçün dövlət büdcəsində hərbi xərclərini 451 milyon dollar (182778 milyon dram) səviyyəsində planlaşdırır. Bu rəqəm 2012-ci ilin xərcləri ilə müqayisədə 105 milyon dollar çoxdur. Bu barədə Trend cümə günü Ermənistan mətbuatına istinadən məlumat verir.

Ölkə parlamentində büdcə layihəsi müzakirə edilərkən maliyyə nazirinin müavini Pavel Safaryan deyib ki, ümumi məbləğdən 439 milyon dollar yalnız hərbi xərclərə ayrılacaq, mina təmizləmə proqramının həyata keçirilməsinə və ekspert xidmətlərinin təşkilinə isə 233 756 dollar ayırmaq planlaşdırır.

2013-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,2 milyard dollar səviyyəsində planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti