...

Məlahət İbrahimqızı: ABŞ-Azərbaycan münasibətlərində fundamental dəyikiliyin olmayacaq

Siyasət Materials 7 Noyabr 2012 13:20 (UTC +04:00)
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, Barak Obamanın yenidən Birləşmiş Ştatlar prezidenti seçilməsi ilə ABŞ-Azərbaycan əlaqələrində fundamental dəyişiklik olmayacaq.
Məlahət İbrahimqızı: ABŞ-Azərbaycan münasibətlərində fundamental dəyikiliyin olmayacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, Barak Obamanın yenidən Birləşmiş Ştatlar prezidenti seçilməsi ilə ABŞ-Azərbaycan əlaqələrində fundamental dəyişiklik olmayacaq.

"İstər respublikaçıların, istər demokratların hakimiyyətə gəlməsindən asılı olmayaraq, ABŞ-ın xarici siyasətindəki təməl prinsiplər heç vaxt dəyişmir. Azərbaycan ABŞ-ın müttəfiqi olan bir ölkədir və bu baxımdan ABŞ-Azərbaycan əlaqələrində fundamental dəyişikliklərin olacağını güman etmirəm", - İbrahimqızı Trend-ə deyib.

O qeyd edib ki, Barak Obama növbəti dörd ildə xarici siyasəti daha uğurla həyata keçirəcək.

Millət vəkili Barak Obamanın prezidentliyinin ikinci dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş olacağını düşünür.

"Hesab edirəm ki, Barak Obamanın prezidentliyinin ikinci dövründə ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atacaq. Gözləmə mövqeyi olmayacaq, konkret olaraq ciddi irəliləyiş əldə ediləcək", - İbrahimqızı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti