Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Noyabrın 15-16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının "Davamlı inkişaf üçün həmrəylik" adlı 39-cu sessiyasında iştirak etmək məqsədilə Cibuti Respublikasına səfər edəcək.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə "Beynəlxalq münasibətlər və dinlərarası dialoqa İslami yanaşma" mövzusu ətrafında müzakirələrin aparılması planlaşdırılır.
Həmçinin, tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.