...

Bolqarıstan Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır

Siyasət Materials 27 Noyabr 2012 17:03 (UTC +04:00)
Bakıda səfərdə olan Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva çərşənbə axşamı Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Bolqarıstan dostluq qrupunun üzvləri ilə görüşüb.
Bolqarıstan Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda səfərdə olan Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva çərşənbə axşamı Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Bolqarıstan dostluq qrupunun üzvləri ilə görüşüb.

Trend-in məlumatına görə, Tsaçeva görüşdə vurğulayıb ki, siyasi müstəvidə olduğu kimi, parlament müstəvisində də iki ölkənin çox fəal əməkdaşlığı var.

"Ancaq bu əlaqələr bizi qane edən səviyyədə deyil. Əlaqələrimizi daha da inkişaf etdirmək və xalqlarımızın bir-birini daha yaxından tanıması üçün geniş imkanlar mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verəcək", - spiker deyib.

İqtisadi əlaqələrdən danışan Tsaçeva qeyd edib ki, Azərbaycan enerji resurslarına malik olan ölkədir: "Bolqarıstanın isə özünün enerji tələbətını təmin etmək üçün Azərbaycanın neftinə və qazına böyük ehtiyacı var. Biz bu sahədə çox yaxşı əməkdaşlıq edə bilərik. Düzdür, bu məsələ Bolqarıstan Baş nazirinin Azərbaycana səfəri zamanı geniş müzakirə olunub. Biz də parlament olaraq iqtisadi əlaqələrin inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasına öz töhfəmizi verə bilərik. Parlamentlərarası əlaqələrimizi bundan sonra da davam etdirməliyik".

Dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında əlaqələr dinamik olaraq inkişaf edir. "Parlamentlərarası əlaqələr də ikitərəfli əməkdaşlığa öz töhfəsini verir. Bu əlaqələrimiz gələcəkdə də davam edəcək", - o deyib.

Novruzov, həmçinin Bolqarıstan tərəfinə Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti