...

Elmar Məmmədyarov: İlin sonunadək Bakı və Moskva Qəbələ RLS-lə bağlı məsələni həll edəcək

Siyasət Materials 6 Dekabr 2012 15:09 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri ilə Dublində ATƏT XİNŞ çərçivəsində Qəbələ RLS-lə bağlı məsələ üzrə danışıqlar nəzərdə tutulmayıb, lakin ümumilikdə danışıqlar davam etdirilir.
Elmar Məmmədyarov: İlin sonunadək Bakı və Moskva Qəbələ RLS-lə bağlı məsələni həll edəcək

İrlandiya, Dublin, 6 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Rusiyanın xarici işlər naziri ilə Dublində ATƏT XİNŞ çərçivəsində Qəbələ RLS-lə bağlı məsələ üzrə danışıqlar nəzərdə tutulmayıb, lakin ümumilikdə danışıqlar davam etdirilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Ola bisin ki, bu danışıqlar bir qədər qapalı formatda gedir, lakin prinsip etibarilə həmin müzakirələr aparılır və ilin sonuna kimi bu məsələni həll etməliyik", - nazir Dublində Trend-in xüsusi müxbirinə bildirib.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan-Rusiya sazişinə uyğun olaraq, Qəbələ RLS-in icarəsi üzrə müqavilənin müddəti dekabrda başa çatır. Buna görə də hazırkı məqamda danışıqlar kifayət qədər intensiv aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti