...

Rusiya texniki ehtiyac olmadığına görə Qəbələ RLS-in icarəsini dayandırıb – mənbə

Siyasət Materials 11 Dekabr 2012 12:12 (UTC +04:00)
Rusiya tərəfindən Azərbaycanda Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istismarının dayandırılması haqqında qərar, ilk növbədə, onun praktiki tətbiqinə ehtiyacın olmaması ilə diktə edilib; indi köhnəlmiş RLS-in "Voronej" tipli yeni nəsil stansiyaları ilə əvəzlənməsi gedir.
Rusiya texniki ehtiyac olmadığına görə Qəbələ RLS-in icarəsini dayandırıb – mənbə

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Rusiya tərəfindən Azərbaycanda Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istismarının dayandırılması haqqında qərar, ilk növbədə, onun praktiki tətbiqinə ehtiyacın olmaması ilə diktə edilib; indi köhnəlmiş RLS-in "Voronej" tipli yeni nəsil stansiyaları ilə əvəzlənməsi gedir. Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə çərşənbə axşamı RİA Novosti-yə bildirib.

Bir az əvvəl Azərbaycan XİN-in yaydığı məlumatda deyilir ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Sənəddə göstərilir ki, Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adıçəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb.

"Daha əvvəl Qəbələ RLS-ə həvalə edilən bütün məsələləri Krasnodar vilayətinin Armavir şəhəri ərazisində yüksək zavod hazırlığı texnologiyası üzrə yaradılmış yeni nəsil "Voronej-DM" RLS raket hücumu haqqında xəbərdarlıq sistemi öz üzərinə götürməyə qadirdir", - RF Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti