...

Azərbaycanın hakim partiyası: Qəbələ RLS-in gələcəkdə elmi tədqiqat mərkəzinə çevrilməsi təklif olunur

Siyasət Materials 11 Dekabr 2012 16:42 (UTC +04:00)
Trend-in məlumatına görə, bu təklifi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı səsləndirib.
Azərbaycanın hakim partiyası: Qəbələ RLS-in gələcəkdə elmi tədqiqat mərkəzinə çevrilməsi təklif olunur

Azərbaycan, Bakı, 11 dekabr / Trend müxbir M.Əliyev/

Qəbələ RLS-in gələcəkdə elmi tədqiqat mərkəzinə çevrilməsi təklif olunur. Trend-in məlumatına görə, bu təklifi Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı səsləndirib.

"Hər halda bu məsələ ilə bağlı Azərbaycanın müvafiq strukturları, mütəxəssisləri öz rəylərini və qərarlarını verəcəklər", - Qurbanlı jurnalistlərə deyib.

Millət vəkili qeyd edib ki, Qəbələ RLS-dən nə cür istifadə olunacağı məhz həmin rəylərin və qərarların nəticəsi olaraq bilinəcək.

"Ancaq mənim şəxsi fikrimi öyrənmək istəyirsinizsə, mən buranın gələcəkdə elmi tədqiqat mərkəzinə çevrilməsini istəyərdim", - Qurbanlı bildirib.

Rusiya ilə Azərbaycanın bu məsələ ilə bağlı əlaqələrinin gərginləşəcəyi proqnozlarına münasibət bildirən deputat deyib ki, burada heç bir gərginlikdən və münasibətlərin kəskinləşməsindən söhbət gedə bilməz.

"Rusiya öz gəlirlərini, xərclərini hesablayıb və axırda da belə bir qərar verib ki, Qəbələ RLS-dən imtina olunsun. Biz də Azərbaycan tərəfi olaraq bu qərara hörmətlə yanaşırıq. Bu məsələ heç bir halda Azərbaycanla Rusiyanın münasibətlərinin pozulmasına gətirib çıxarmayacaq və çıxarmaz", - Qurbanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti