Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində idi. RLS-in icarə məbləği çox cüzi idi, Azərbaycanın yeni təklifi ilə isə Rusiya razılaşmadı. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.
Sabiroğlu qeyd edib ki, bu, hər hansı bir siyasi məna daşımır.
Onun sözlərinə görə, Qəbələ RLS-in bundan sonra necə istifadə ediləcəyini Azərbaycan hökuməti müəyyən edəcək.