Azərbaycan, Bakı, 12 dekabr/Trend, müxbir S.Ağayeva/
Azərbaycan hökuməti yaxın vaxtlarda Qəbələ RLS-in təxliyəsi və inventarizasiyası üzrə komissiya yaradacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə deyib.
"Çətin ki, hər hansı üçüncü ölkə Qəbələ RLS-i istismar etmək istəsin", - Məmmədyarov qeyd edib.