...

Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası "Freedom House"un hesabatına etiraz edib

Siyasət Materials 17 Dekabr 2012 15:57 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Freedom House" təşkilatının illik hesabatında Azərbaycan həqiqətlərinin təhrif olunmasına etiraz edib.
Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası "Freedom House"un hesabatına etiraz edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Freedom House" təşkilatının illik hesabatında Azərbaycan həqiqətlərinin təhrif olunmasına etiraz edib.

Şuradan Trend-ə daxil olan bəyanatda qeyd olunur ki, dünyanın müəyyən qüvvələri tərəfindən region dövlətlərinə qarşı təcavüz aləti kimi istifadə olunan oyuncaq Ermənistanı "qismən azad" ölkələr sırasına qatmaqla "Freedom House", əslində, hansı məqsədlərə xidmət etdiyini aydın göstərib.

"Guya Azərbaycanda sərbəst toplaşma, ifadə azadlığının, internetdən istifadənin məhdudlaşdırılması, bloqerlərin həbs edilməsi, həbsxanalarda vəziyyətin dözülməzliyi və məhbuslara işgəncə verilməsi və sair bu kimi cəfəng fikirlərlə dünyada ölkəmizin mənfi obrazını yaratmağa çalışan bu qurumum hesabatı, mahiyyət etibarilə, Azərbaycana düşmən mövqeyindən yanaşan bəzi ermənipərəst Avropa deputatlarının ittihamlarından əsla fərqlənmir. Onlar Azərbaycanda insan haqlarının deyil, öz siyasi və iqtisadi maraqlarının keşiyində durmaqda davam edirlər. Əks təqdirdə, ərazisinin iyirmi faizi ermənilər tərəfindən işğal edilən, bir milyon qaçqını olan ölkənin qarşısında duran əsas problemə də heç olmasa bircə dəfə diqqət yönəldərdilər", - bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, "Freedom House" Azərbaycana rəğbəti ilə seçilməyən bir neçə QHT-nin subyektiv məlumatları əsasında hazırladığı hesabatlarla ölkəmizi beynəlxalq nüfuzdan salmaq və bu kimi şər-böhtan kampaniyaları ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq prosesinə yardım etmək vəzifəsini yerinə yetirir.

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Freedom House" təşkilatının böhtan xarakterli hesabatını qəti şəkildə pisləyir və ölkə QHT-lərini vətənimiz əleyhinə məqsədyönlü şəkildə aparılan belə kampaniyalara qarşı birləşməyə çağırır", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti