...

Yeni ildən Qəbələ RLS-dən Rusiyanın mülkiyyətində olan avadanlıqların çıxarılması üzrə komissiya fəaliyyətə başlaya bilər

Siyasət Materials 19 Dekabr 2012 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir M.Əliyev/

Müvafiq komissiyalar Qəbələ RLS-in bağlanılması ilə əlaqədar Rusiyanın mülkiyyətində olan avadanlıqların oradan çıxarılması kimi texniki məsələlərin həllinə başlamalıdır. Yəqin ki, yeni ildə artıq bu komissiyalar fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qəbələ RLS-lə bağlı müzakirələri tam hüquqi çərçivədə apardı və bu məsələ hüquqi çərçivədə həll olundu.

"10 il ərzində davam edən bu əməkdaşlığın əsasını təşkil edən icarəyə dair bağlanmış sazişin vaxtı bitmişdi. Yeni sazişin imzalanması üçün şərtlərlə bağlı razılıq əldə edilmədi və buna görə Qəbələdəki stansiyanın bağlanması qərarına gəlindi", - Əzimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti