...

İlham Əliyev Yaponiyanın imperatorunu təbrik edib

Siyasət Materials 22 Dekabr 2012 18:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Yaponiyanın imperatorunu təbrik edib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

"Dost Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Yaponiyanı möhkəm dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi təmaslarımızın gündən-günə genişlənməsi, iqtisadi və humanitar sahələrdə fəal əməkdaşlığımız xüsusilə məmnunluq doğurur. Əminəm ki, ikitərəfli münasibətlərimizin hazırkı yüksək səviyyəsinin qorunub saxlanması, qarşılıqlı maraq doğuran işgüzar əlaqələrimizin inkişaf etdirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Akihitoya ən xoş arzularını yetirir, möhkəm cansağlığı, uzun ömür, işlərində uğurlar, dost Yaponiya xalqına daim sülh və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti