...

Əli Həsənov: Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərə verdiyi vədlərin hamısını icra edib

Siyasət Materials 24 Dekabr 2012 12:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev həm birinci dəfə seçilərkən, həm də 2008-ci ildə bütün sahələrdə verdiyi vədlərin hamısını yerinə yetirib.
Əli Həsənov: Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərə verdiyi vədlərin hamısını icra edib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyev həm birinci dəfə seçilərkən, həm də 2008-ci ildə bütün sahələrdə verdiyi vədlərin hamısını yerinə yetirib. Ölkəni bütün dünyaya inteqrasiya etmiş, dünyanın maraq mərkəzinə çevirib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Baş nazirin müavini, Qaçqnların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"İlham Əliyev ölkə Prezidenti kimi bütün Azərbaycan xalqını təmsil edir. Ailənin bir üzvüdür, xalqın bir üzvüdür. Ad gününü qeyd etməyə kifayət qədər mənəvi haqqı var. Çünki Prezident kimi xalqa verdiyi vədlərin hamısını yerinə yetirir. Dünyanın gözü bu gün Azərbaycandadır. Çox nailiyyətləri sadalamq olar. İstər təhsil, istər səhiyyə, istər mədəniyyət, istər iqtisadiyyat sahəsi olsun, hansı sahəni desək, orada çox ciddi nailiyyətlər əldə olunub", - Həsənov qeyd edib.

Baş nazirin müavini xatırladıb ki, Azərbaycan çox qısa müddətdə BMT TŞ-yə qeyri-daimi üzv seçilib, Avropanın çox yüksək səviyyədə keçirdiyi mədəni tədbir olan "Eurovision"un Azərbaycanda keçirilməsinə nail olub, Avropa Olimpiya Oyunlarına Bakı ev sahibliyi edəcək, iqtisadi sahədə son 4-5 ildə Azərbaycan dünya ölkələri arasında ümumi daxili məsulun inkişaf tempinə görə demək olar ki, ilk yerlərdədir.

"Prezident sosial problemərin həlli istiqamətində qaçqın və məcburi köçkünlərə verdiyi vədlərin hamısını icra edib. Artıq bu il 76 qəsəbənin tikintisi başa çatıb, 140 min məcburi köçkün və qaçqın mənzillərlə təmin olunub. Əgər 2003-cü ildə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün 16-17 faizə düşüb. Bu il bir məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu, dünyanın bütün münaqişə zonalarında ən yüksək rəqəmdir. Bəzilərindən 2-3 dəfə artıqdır", - Həsənov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan BMT-nin göstəricilərinə görə dünyanın sürətlə inkişaf edən ökələri sırasındadır.

"Prezident məqsəd qoyub ki, 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olsun. İlham Əliyevin strateji məqsədlərdən biri də 2020-ci ilədək neft aslılığının minimuma endirilməsidir", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti