...

Bülənt Arınc: Türkiyə Suriyaya dördüncü humanitar yük partiyasını yola salacaq

Siyasət Materials 25 Dekabr 2012 10:19 (UTC +04:00)
Türkiyə Suriyaya dördüncü humanitar yük partiyasını yola salmağa hazırlaşır. Bu barədə dünən Türkiyənin Baş nazirinin müavini Bülənt Arınc bəyan edib.
Bülənt Arınc: Türkiyə Suriyaya dördüncü humanitar yük partiyasını yola salacaq

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Tağıyeva /

Türkiyə Suriyaya dördüncü humanitar yük partiyasını yola salmağa hazırlaşır. Bu barədə dünən Türkiyənin Baş nazirinin müavini Bülənt Arınc bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Anadolu agentliyi yayıb.

Arıncın sözlərinə görə, hökumət Suriyaya 37 ton humanitar yük göndərmək fikrindədir.

Bundan əvvəl Türkiyə Suriyaya üç partiya humanitar yük göndərib. Yük Türkiyənin İnsan hüquqları və azadlıqlarının müdafiəsi və Humanitar yardım Fondu (IHH) tərəfindən göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti