...

"Xüsusi iqtisadi zonalar haqqında" qanuna dəyişiklik edilib

Siyasət Materials 28 Dekabr 2012 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin cümə günü keçirilən iclasında "Xüsusi iqtisadi zonalar haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun qəbul edilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Məclisi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 25-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıb ki, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №6, maddə 396) 17.10-cu maddəsinin birinci cümləsindən "və sərbəst anbarlar" sözləri, ikinci cümləsindən "və sərbəst anbarların" sözləri çıxarılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti