...

Əhməd Davudoğlu: İran və Rusiya Suriya böhranının nizamlanmasında gecikiblər

Siyasət Materials 5 Yanvar 2013 11:43 (UTC +04:00)
İran və Rusiya Suriya böhranının nizamlanmasında gecikiblər. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Əhməd Davudoğlu: İran və Rusiya Suriya böhranının nizamlanmasında gecikiblər

Azərbaycan, Bakı, 5 yanvar/Trend, müxbir R. Hafizoğlu/

İran və Rusiya Suriya böhranının nizamlanmasında gecikiblər. Trend-in şənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazirin sözlərinə görə, əgər bu iki dövlət öz təsir imkanlarını vaxtında Suriya rejiminə qarşı istifadə etsə idilər, ölkədə çoxsaylı ölüm hallarından qaçmaq mümkün olardı.

Davudoğlu, həmçinin qeyd edib ki, rəsmi Ankara Bəşşar Əsədin gedişindən sonra Suriyada böhranın başa çatacağına əmin deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti