...

Dağıstan Prezidenti vaxtından əvvəl istefaya göndərilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Yanvar 2013 15:13 (UTC +04:00)
RF Prezidenti Vladimir Putin Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovu vaxtından əvvəl istefaya göndərib.
Dağıstan Prezidenti vaxtından əvvəl istefaya göndərilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

RF Prezidenti Vladimir Putin Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovu vaxtından əvvəl istefaya göndərib.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, Rusiya dövlət başçısının əmri ilə Maqomedov RF Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib.

Maqomedov öz istəyi ilə istefaya gedib.

Bazar ertəsi Kremlin mətbuat xidmətinin yaydığı məlumat görə, Dağıstan Prezidenti səlahiyyətlərinin müvəqqəti icrası Dövlət Dumasının deputatı, "Vahid Rusiya" partiyasının üzvü Ramazan Abdulatipova tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lər deputatın həmin regiona rəhbərlik edəcəyini xəbər vermişdi.

90-cı illərdə Abdulatipov ölkənin milli siyasət naziri və RF hökumətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Dumada Federativ quruculuq və yerli idarəetmə məsələləri üzrə komitənin sədri müavini postunu tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti