...

Rusiya ay ərzində Qəbələ RLS-dən texnikanı çıxartmağa başlayacaq

Siyasət Materials 15 Fevral 2013 17:10 (UTC +04:00)
Rusiya yaxın günlərdə Qəbələ RLS-də inventarizasiyanı başa çatdıracaq və ay ərzində texnikanı çıxartmağa başlayacaq.
Rusiya ay ərzində Qəbələ RLS-dən texnikanı çıxartmağa başlayacaq

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya yaxın günlərdə Qəbələ RLS-də inventarizasiyanı başa çatdıracaq və ay ərzində texnikanı çıxartmağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

"Mənim bu məsələyə nəzarət edən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla söhbətim olub. Qəbələnin nümayəndələri ilə də söhbətim olub. Məlumatımıza görə, işlər konstruktiv şəraitdə gedir və yaxın günlərdə inventarizasiyanı başa çatdıracağıq, ay ərzində isə texnikanı çıxartmağa başlayacağıq", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, Qəbələ RLS-in istismardan çıxarılması üzrə işlər müəyyən edilmiş müddətə uyğun aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti