...

Azərbaycan Litvaya etiraz notası təqdim edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Fevral 2013 12:13 (UTC +04:00)
Azərbaycan Litva Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılması təşəbbüsünün irəli sürülməsi ilə bağlı etiraz notası təqdim edib.
Azərbaycan Litvaya etiraz notası təqdim edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Litva Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılması təşəbbüsünün irəli sürülməsi ilə bağlı etiraz notası təqdim edib. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Bu, Litva Seyminin bəzi ermənipərəst deputatlarının təşəbbüsüdür və rəsmi əsası yoxdur", - diplomatik missiyadan qeyd ediblər.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu məsələ ilə əlaqədar Litva parlamenti və bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib.

"Hər iki görüşdə Litvanın rəsmi şəxsləri təsdiq ediblər ki, bu təşəbbüs ölkənin rəsmi mövqeyi deyil. Litvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi mövqeyi dəyişməzdir - Litva bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir", - səfirlikdən bildiriblər.

Hazırda diplomatik missiyada notaya rəsmi cavabı gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti