...

Dünya Azərbaycanlı Gənclər Birliyi Parisdə azərbaycanlıların döyülməsinə kəskin etirazını bildirir

Siyasət Materials 27 Fevral 2013 20:30 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyi fevral ayının 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynovun Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentari Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmələrinə kəskin etirazını bildirir.
Dünya Azərbaycanlı Gənclər Birliyi Parisdə azərbaycanlıların döyülməsinə kəskin etirazını bildirir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Dünya Azərbaycanlı Gənclər Birliyi fevral ayının 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynovun Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentari Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmələrinə kəskin etirazını bildirir.

"Bu fakt Azərbaycan diasporunun son illərdəki fəallığının erməni diasporu və lobbisinin nə qədər ciddi narahatlığına səbəb olduğunu bir daha təsdiq edir. Bu bir daha onu göstərir ki, 2012-ci ilin sentyabr və noyabr aylarında Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Fransada Ermənistan səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları Fransadakı erməni diasporu və ermənipərəst qüvvələr tərəfindən hələ də unudulmayıb. Bu aksiyaların təşkilində Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü kimi Mirvari Fətəliyeva olduqca yüksək fəalllıq nümayiş etdirib. Sözügedən hadisə də Azərbaycan diasporunun fəalllarına qarşı erməni diasporu və lobbisinin kəskin münasibətini təsdiq edən növbəti faktlardan biridir", - Birlikdən daxil olan məlumatda deyilir.

Xatırlatmaq yerinə düşər ki, hadisənin iştirakçısı Fransa Parlamentinin üzvü Fransua Roşebloun 2010-cu ildə Azərbaycan işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfər etdiyinə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən "arzu olunmaz şəxs" elan olunub.

"Tolerantlıq və insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Fransa dövlətinin hüquq-mühafizə orqanlarından fiziki təzyiq göstərən şəxslərin hüquqi müstəvidə cəzalandırılması üçün müvafiq tədbirlərin görülməsini gözləyirik" , - məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti