...

Azərbaycan və Almaniyanın hakim partiyalarının gəncləri əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 1 Mart 2013 11:09 (UTC +04:00)
Azərbaycan və Almaniyanın hakim partiyalarının gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Almaniyanın hakim partiyalarının gəncləri əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Almaniyanın hakim partiyalarının gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dünya Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin sədri, hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov Berlin şəhərində Almaniyanın hakim Xristian Demokratlar Partiyasının (CDU) gənc üzvləri ilə görüş keçirib.

Görüşdə əsasən, iki ölkə gəncləri arasında birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, Avropa və Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, martın 1-də Məmmədov Rumıniyanın Kluj şəhərində Avropa Demokratik Gənclər Cəmiyyətinin (Democratic Youth Community of Europe) qurultayında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan gənclər təşkilatlarının ADGC-nə üzv olması, yaxın zamanlarda ADGC rəhbərliyinin Azərbaycana səfəri və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.

Qurultay çərçivəsində Məmmədov Azərbaycanda gənclər siyasəti və gənclər təşkilatlarının fəaliyyət istiqamətləri mövzusunda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti