...

Azərbaycan tələbələri Fransa Prezidentinə müraciət ediblər

Siyasət Materials 1 Mart 2013 15:07 (UTC +04:00)
Azərbaycan tələbələri Parisdə Milli Assambleyanın binasında iki azərbaycanlının döyülməsi faktı ilə əlaqədar Fransa Prezidenti Fransua Ollanda müraciət ediblər.
Azərbaycan tələbələri Fransa Prezidentinə müraciət ediblər

Azərbaycan, Bakı, 1 mart /Trend/

Azərbaycan tələbələri Parisdə Milli Assambleyanın binasında iki azərbaycanlının döyülməsi faktı ilə əlaqədar Fransa Prezidenti Fransua Ollanda müraciət ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü Gənclər və İdman Nazirliyinin yaydığı məlumatda deyilir.

"Biz 2013-cü il fevralın 26-da Fransa Milli Assambleyasında baş verən hadisələrlə əlaqədar Sizə müraciət edirik. İnanılmazdır, lakin Avropanın mərkəzində, parlament binasında, parlament deputatlarının gözü önündə "mədəni insanlar" qapıları bağlayaraq gənc insanlara divan tutmağı özlərinə rəva biliblər! Nə üçün? Yalnız ona görə ki, onlar azad fikir bildirmək hüququna tam uyğun olaraq digər rəy söyləyiblər", - müraciətdə deyilir.

Tələbələr Fransa Prezidentinin diqqətinə çatdırıblar ki, azərbaycanlıların döyülməsi bu hərəkətə sövq edənlərdən biri olan Milli Assambleyanın üzvü Fransua Roşeblounun gözü önündə baş verib.

Azərbaycan tələbələri əminliklərini bildiriblər ki, döyülmə faktında günahı olanlar məsuliyyətə cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti