...

Ramil Usubov sabitliyi pozmaqda maraqlı qüvvələrin cəhdlərini uğursuz addım adlandırıb

Siyasət Materials 12 Mart 2013 16:07 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin cəhdlərini uğursuz addım adlandırıb.
Ramil Usubov sabitliyi pozmaqda maraqlı qüvvələrin cəhdlərini uğursuz addım adlandırıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin cəhdlərini uğursuz addım adlandırıb.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı respublikamızdakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhd kimi qiymətləndirib.

Nazirin fikrincə, bütün bunlar Silahlı Qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti