...

Sərdar Cəlaloğludan İqbal Ağazadəyə jest

Siyasət Materials 18 Mart 2013 16:41 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının sədri təmsil olunduğu "Qarabağ" blokundan digər partiyanın prezidentliyə namizədliyini irəli sürməsini normal qarşılayır.
Sərdar Cəlaloğludan İqbal Ağazadəyə jest

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının sədri təmsil olunduğu "Qarabağ" blokundan digər partiyanın prezidentliyə namizədliyini irəli sürməsini normal qarşılayır.

"İqbal Ağazadə Ümid Partiyasından öz namizədliyini irəli sürüb, "Qarabağ" blokundan irəli sürməyib ki, bu məsələ blokda müzakirə olunsun", - bu barədə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib.

Bu münasibətlə ADP İdarə heyəti adından İqbal Ağazadəni təbrik etdiyini deyən Cəlaloğlu qeyd edib ki, bu məsələyə normal yanaşır.

O qeyd edib ki, İqbal Ağazadənin namizədliyini irəli sürməsinin "Qarabağ" blokuna daxil olan partiyalar arasında narazılıq yaratması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Cəlaloğu öz namizədliyinin də irəli sürülməsini istisna etməyib. "Bu məsələnin üzərində düşünülür", - partiya sədri deyib.

"Qarabağ" siyasi blokundan prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı planlara toxunan Cəlaloğlu hələ bu məsələ ilə bağlı nəsə deməyin tez olduğunu diqqətə çatdırıb.

"Yəqin ki, bu yaxınlarda blokda bu məsələni müzakirə edib son qərarımızı verəcəyik", - partiya sədri deyib.

Qeyd edək ki, Ümid Partiyasının Ali Məclisi partiyanın sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti