...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Siyasət Materials 21 Mart 2013 16:38 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 mart /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi tərəfindən Novruz bayramı münasibətilə Moskvada xeyriyyə aksiyası təşkil olunub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Rusiya Mədəniyyət Fondunun Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsi ilə birgə keçirdiyi aksiya çərçivəsində Rusiyada aztəminatlı ailələrdən olan uşaqlara Novruz hədiyyələri təqdim edilib.

Xilaskar İsa Kafedral Kilsəsində keçirilmiş bayram tədbirində uşaqlara Novruz şirniyyatları, kitablar, müxtəlif hədiyyələr paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti