...

Azərbaycan Prezidenti və xanımı Dünya İqtisadi Forumunun açılışında iştirak ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Aprel 2013 09:41 (UTC +04:00)
Regionun bütün ölkələri anlayırlar ki, Azərbaycanda uzunmüddətli iqtisadi müvəffəqiyyət üçün böyük potensialın təməli qoyulub.
Azərbaycan Prezidenti və xanımı Dünya İqtisadi Forumunun açılışında iştirak ediblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev /

Aprelin 8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında iştirak ediblər.

"Regionun bütün ölkələri anlayırlar ki, Azərbaycanda uzunmüddətli iqtisadi müvəffəqiyyət üçün böyük potensialın təməli qoyulub". Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan maliyyə və informasiya texnologiyaları sahəsində liderlik edir.

"Regionun geostrateji vəziyyəti həmçinin onun müvəffəqiyyətli inkişafı şərtidir",-o qeyd edib.

"Tədbirin əsas məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişafının ısasını qoymaqdır. Biz regionun inkişafı və onun potensilarından istifadə üçün şərait yaradır", - o bildirib.

Forum iştirakçıları arasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyini necə gördükləri barədə sesvermə keçirilib.

İştikrakçıların 62,3 faizi inteqrasiya, 22 faizi fraqmantasiya, 15,7 faizi isə qürbləşməyə səs veriblər.

Həmçinin tədbirdə iştirakçılara Cənubi Qafqaz regionunun inkişafına dair video çarx da nümayiş olunub.

Qeyd edək ki, Bakıda bazar ertəsi "Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Ümumdünya İqtisadi Forumunun iclası keçilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir və dövlət başçısı tədbirin açılışında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti