...

Litvada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Siyasət Materials 23 Aprel 2013 11:04 (UTC +04:00)
Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə aprelin 24-də Litvanın Kaunas şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Heydər Əliyev gecəsi" keçiriləcək.
Litvada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə aprelin 24-də Litvanın Kaunas şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Heydər Əliyev gecəsi" keçiriləcək.

Birlikdən Trend-ə verilən məlumata görə, Litva-Azərbaycan əlaqələri çərçivəsində həyata keçiriləcək tədbirdə Azərbaycan diaspor nümayəndələrinin və gənc fəalların çıxışları nəzərdə tutulub.

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunan fotosərgi və ulu öndərə həsr olunan qısametrajlı sənədli film nümayiş olunacaq.

Tədbirin moderatoru Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Fərhad Vəliyevdir.

Tədbirdə Litvanın ictimai xadimlərinin, Litva, Latviya, Estoniyada təhsil alan azərbaycanlı və Kaunas şəhərində təhsil alan 40-a yaxın xarici ölkənin tələbələrinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti