...

İsrail Dəməşqə raket zərbələrini şərh etməkdən imtina edir

Siyasət Materials 5 May 2013 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

İsrail Suriyanın paytaxtı Dəməşqə raket zərbələrini şərh etməkdən imtina edir.

Trend xarici KİV-ə istinadən məlumat verir ki, İsrail hərbçiləri bu məsələni şərh etməkdən imtina edir, hətta Dəməşqə raket zərbələrinin endirilməsi barədə yayılan məlumatları inkar edirlər.

"Biz bu məlumatı şərh etmirik", - İsrail Müdafiə Nazirliyinin sözçüsü deyib.

Qeyd edək ki, bir az əvvəl İsrail HHQ-nin Dəməşq yaxınlığında yerləşən hərbi tədqiqat mərkəzinə raket zərbələri endirdiyi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti