...

İsrailin bir nömrəli ingilis dilli xəbər saytında Azərbaycanla bağlı məqalə yerləşdirilib

Siyasət Materials 10 May 2013 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

İsrailin bir nömrəli ingilis dilli xəbər saytı olan "IsraelNationalNews" saytında Azərbaycanda nümunəvi tolerantlıq ənənələri barədə məqalə yerləşdirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, "IsraelNationalNews" xəbər portalının Nyu York üzrə ofisinin muxbiri Mark Langfanın müəllifi olduğu "Azərbaycana sevgilərlə" başlıqlı məqalədə 2600 illik tarixə malik yəhudi icmasının əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda heç bir təhdid və məhdudiyyətlərə məruz qalmadan yaşadıqları və cəmiyyətin müxtəlif sferalarında təmsil olunduqları qeyd olunur.

Etnik rəngarəngliyi ilə hər zaman fəxr edən Azərbaycanın öz ərazisində məskunlaşmış etnik və milli azlıqlara münasibətdə heç bir fərqin müşahidə edilmədiyi, eləcə də azlıqların nümayəndələrinin ölkəmizin müstəqilliyi uğurunda qəhrəmanlıqla vuruşduqları bildirilir.

Müəllif daha sonra diqqəti Azərbaycanın beynəlxalq arenada mövqeyi, xüsusilə qonşuları ilə münasibətinə çəkərək, şiə İranının Ermənistan-Azərbaycan münaqişəsində müsəlman Azərbaycanı deyil, xrsitian Ermənistanı dəstəkləməsinin onda böyük təəccüb doğurduğunu vurğulayır.

Qeyd edək ki, sözügedən məqalə ABŞ-dakı səfir Elin Süleymanovun Nyu-York ştatının eyniadlı şəhərinə işçi səfəri zamanı yəhudi mediasının nümayəndələri ilə keçirilmiş mətbuat konfransının yekunlarına əsasən dərc edilib. Məqalə ilə http://www.israelnationalnews.com/Articles/Article.aspx/13268#.UYx1_rWc8to linki vasitəsilə tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti