...

Qəbələ RLS-in bütün əmlakının Rusiyaya aparılması yaxın vaxtlarda başa çatdırılacaq

Siyasət Materials 10 May 2013 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir, E.Mehdiyev/

"Azərbaycan və Rusiyanın dövlət komissiyaları Qəbələ RLS-in bağanması ilə bağlı işləri davam etdirir. Biz bütün məsələlərin razılşadırılmasına nail olmuşuq". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov cümə günü jurnalistlərə deyib.

Xələfov bildirib ki, bütün sənədlər imzalanıb:

"Rusiyaya məxsus olan əmlakın inventarlaşmasını aparmışıq. Əmlakın daşınması ilə bağlı bütün təşkilati məsələlər öz həllini tapıb. Hazırda prosses davam edirilir. Bu əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Kiçik bir hissəsi qalıb ki, bu istiqamətdə işlər bizim müəyyən etdiyimiz cədvəl çərçivəsində həyata keçirilir. Yaxın həftələrdə bu prosses başa çatdırılacaq. Bununla bağlı, həmçinin stansiyada çalışan kontengentin və onların əmlakının daşınması üçün bütün lazımi şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti