...

Yükgöndərən şirkətlər “Nabucco” layihəsinə böyük maraq göstərirlər

Siyasət Materials 16 May 2013 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə start verilməsindən bir həftə sonra yükgöndərən şirkətlərin "Nabucco West" boru kəməri üzrə qeydiyyata və nəql olunacaq həcmlərin sifariş edilməsinə göstərdikləri maraq gözlənildiyindən də artıq oldu.

"Nabucco" şirkətindən Trend-ə daxil olan məlumata görə, "Nabucco" layihəsi müxtəlif yükgöndərən şirkətlərin, o cümlədən "Nabucco" layihəsi, "Şahdəniz" konsorsiumu və onun alıcılarına daxil olmayan potensial yükgöndərən şirkətlərin böyük marağına səbəb olub.

"NABUCCO Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru cənab Reynhard Mitçek (Reinhard Mitschek) bildirib:

"Biz potensial yükgöndərən şirkətlərin potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinə göstərdikləri dərin maraqdan çox məmnunuq. Bu yüksək səviyyədə maraq Avropa bazarlarını Xəzər dənizindən hasil olunan qazla əlaqələndirən "Cənubi qaz dəhlizi"nin açılmasına, həmçinin "Cənubi qaz dəhlizi"nin flaqman layihəsi olan "Nabucco" layihəsinə olan tələbatı aydın şəkildə nümayiş etdirir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti