...

Prezident İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb (FOTO)

Siyasət Materials 19 May 2013 22:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb.
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 19 may / Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandığı görüşdə ikitərəfli münasibətlərin Azərbaycan Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Sonra danışıqlar işçi nahar zamanı davam etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti